Qısa qapanma

Qısa qapanma haqqında çox eşidirsiniz. Baş verən bir çox yanğın hadisələrinin səbəbi qısa qapanmadır. Bəs ümumiyyətlə qısa qapanma nədir? Nə üçün baş verir? Qısa qapanmanı önləmək üçün hansı tədbirlər görülməlidir? Bu tədbirlər işə yarayır mı? Bu yazıda bundan bəhs edəcəyik.

Qısa qapanma cərəyanın qısa yoldan dövrəni tamamlamasıdır. Qısa qapanmaya qısa dövrə də deyilir.

Tövsiyə olunan dərslər:
Elektrik dövrələri‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Hər hansı bir səbəbdən keçiricilər (naqillər) qəbuledicidən əvvəl kəsişirsə və ya birləşirsə, yaranan dövrə qısa dövrə adlanır. Cərəyan həmişə axa biləcəyi ən rahat, qısa yolu seçməyə çalışır.

Qısa qapanma nədir?

Batareyanı hər kəs tanıyır – texniki dillə desək “gərginlik mənbəyini”. Gərginlik mənbələri müxtəlifdir: akkumulyator (“Akku”), evdəki rozetka və ya elektriklə doldurulmuş balon da buna daxildir.

Bir lampanı və ya mühərriki gərginlik mənbəyinin dirəklərinə bağlasanız, elektrik cərəyanı axmağa başlayacaq. Lampa yanacaq, mühərrik fırlanacaq.

„Sadə dövrələr“ dərsindən bildiyimiz kimi, batareya, elektrik lampası və onları birləşdirən naqillər birlikdə elektrik dövrəsi adlanir.

İndi bu elektrik dövrəsindən lampa və ya mühərriki çıxardaq. Xüsusi bir elektrik dövrəsi əldə edəcəyik. Gərginlik mənbəyinin mənfi və müsbət qütbləri birbaşa bir-birinə bağlanmış olacaq. Nəticədə qısa dövrə yaranacaq!

Aşağıdakı şəkil qısa qapanmanın olduğu dövrəni göstərir. Bu o deməkdir ki, cərəyan qəbulediciyə və ya bizim misalımızda lampaya çatmamış dövrəni tamamlayır.

Qısa qapanma (şəkil bu saytdan götürülüb)

Cərəyan həmişə müqaviməti az olan yolu seçir. Ən qısa yoldan dövrəni tamamlamağa çalışır. Dövrədəki qəbuledicilər və ya digər elementlər cərəyanın axınına qarşı müqavimət göstərirlər. Onun rahat axınına mane olurlar. Ona görə də cərəyan özünə az müqavimətli bir yol tapdığında ordan axmağa başlayır.

Belə ki, lampa və ya kiçik bir mühərrik əslində elektrik müqavimətidir. Elektrik müqavimətinin böyük hissəsini təşkil edirlər. Elektrik cərəyanını məhdudlaşdırırlar. Lampanı elektrik dövrəsindən çıxartmaqla müqavimət azalır. Nəticədə Om qanundan bildiyimiz kimi müqavimətin azalması və ya yox olmasıyla cərəyan artır.

Yüksək cərəyan gərginlik mənbəyində elektrik gərginliyinin dağılması ilə müşayiət olunur: gərginlik demək olar ki, sıfır volta düşür.

Buna görə batareyada qısa qapanma təhlükəli deyil. Sadəcə batareya qısa müddət ərzində boşalacaq. Daha yüksək gərginliklərdə isə, qısa qapanma baş verdiyi anda alovlanma baş verə bilər. Bu isə yanğınlara səbəb olur.

Cərəyanın normal yolundan çıxaraq çox aşağı müqavimətli yoldan dövrəni tamamlamağına qısa qapanma deyilir.

Qısa qapanmanın Om qanunu ilə izahı

Daha başqa bir misalla qısa qapanmanı izah edək. Keçən dərslərin birində Om qanunu haqqında danışmışdıq. Om qanununa görə

U = IR

Burada U – gərginlik, I – cərəyan şiddəti, R – isə müqavimətdir.

Deyək ki, dövrəmizdə 220V sabit gərginlik mənbəyimiz var. Bunun qarşısında da 22 Om bir rezistorumuz var. Onda Om qanununa görə dövrədən 10A cərəyan axacaq.

I = U / R = 220V / 22Om = 10A

Indi təsəvvür edin ki, dövrəyə müəyyən xəta üzündən daha bir naqil daxil olur. Bu naqilin müqaviməti azdır. Onda cərəyan bu naqildən keçərək dövrəni tamamlamağa çalışacaq. Nəticədə cərəyan şiddəti artacaq.

Məsələn, müqavimət birdən birə 0,22 Oma düşsün. Onda cərəyan şiddəti 1000A – ə qədər artacaq.

Dövrəyə və cihazlara zərər verən cərəyan şiddətidir. Gərginlik deyil. Cərəyanın ani yüksəlməsi dövrədəki demək olar ki, hər şeyin yanması deməkdir.

Qısa qapanma nə üçün baş verir?

Qısa qapanma nədir? sualına cavab verdik. Bəs qısa dövrə nə üçün baş verir?

Qısa qapanma bir çox xətadan yarana bilər:

  • İki naqil bir – birinə təmas edər və cərəyan yüksələr. Nəticədə naqillər qızar və yanar.
  • Sistem torpaqla təmas etdiyində cərəyan yüksələr. Nəticədə qısa qapanma baş verər.
  • Kabellərin izolyasiyası pozulubsa, qısa qapanma baş verə bilər.
  • Elektrik dövrəsindəki rezistorlar çıxarıldıqda, cərəyan yüksələr və qısa qapanma baş verər.

Qısa qapanmanı önləmək üçün hansı tədbirlər görülməlidir?

Qısa qapanma nəzarət edilməzsə, şiddətli yanğına səbəb ola bilər. Kablolar və dövrə elemetləri yanar. Qısa qapanmanın qarşısını almaq üçün bir çox dövrə elementlərindən-qoruyuculardan istifadə olunur.

Bu elementlər qısa qapanma baş verdiyində qısa zamanda reaksiya göstərirlər. Qısa dövrəni açıq dövrə halına gətirirlər. Bunlardan bəziləri:

  • Avtomatik qoruyucular
  • Termik maqnit açarları
  • Sığortadır.

Evimizdə 220V prizdə qısa qapanması olarsa, qoruyucu dərhal bu dövrəni kəsəcək. Sonra baş verəcək cərəyanlar o qədər yüksək olacaq ki, elektrik xətləri parlayacaq.

`Qısa qapanma` mövzusunu yararlı hesab edirsinizsə sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
4.5 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x