Ana səhifə » Elektronika dərsləri » Keçirici və dielektrik

Keçirici və dielektrik

Keçən dərsdə valent elektronları haqqında öyrəndik. Dedik ki, atomun valent elektronlarının sayı materialın elektriki keçirən və ya keçirməyən olduğunu müəyyənləşdirir. Bu dərsdə həmin materaiallardan danişacağıq.

Material enerjinin (yəni cərəyanın və ya istiliyin) içərisindən keçməsinə icazə verirsə, keçiricidir. Material enerjinin içərisindən keçməsinə icazə vermirsə, dielektrik adlanır.

Keçirici material haqqında

Cərəyanın materialın içərisindən keçə bilməsi üçün materialda çoxlu sərbəst elektrik yükü olmalıdır. Çünki elektrik keçiriciliyi elektromların hərəkəti ilə əlaqədardır. Elektronlar maddənin içərisində nə qədər rahat, “azad” hərəkət edə bilirlərsə, maddə o qədər keçiricidir.

Valent elektronu bir, iki, üç olan atomlar yaxşı keçiricidirlər. Keçiricilər aşağı müqavimətə malikdirlər. Keçirici materiala gərginlik tətbiq etsək, elektrik yükləri bir yerdən digər yerə sərbəst hərəkət edər.

Mis, alüminium, gümüş, qızıl, dəmir, duzlu su, sirkə və s. keçiricidilər.

Tövsiyə olunan dərslər:
‘Keçirici və dielektrik’ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Dielektrik material haqqında

Elektriki keçirməyən maddələrə dielektriklər deyilir. Dielektrik materialın atomları arasında kovalent rabitə çox güclüdür. Buna görə də material daxilində yüklər sərbəst hərəkət edə bilmir. Dielektriklərin elektrik müqaviməti çox yüksəkdir.

Dielektrik maddələr son orbitində 6 -8 valent elektronu olan maddələrdir.

Dielektrikləri sürtünmə və ya toxunma ilə elektrikləndirmək mümkündür. Ancaq yüklənən dielektriklərdə elektrik yükləri yarandığı yerdə də qalır.

Məsələn, daraqla saçınızı daradığınızda, daraq mənfi yüklə elektriklənir. Ancaq bu yüklər dielektrik material olan daraqda hərəkət edə bilmirlər. Ona görə də saçınızı daradığınızda sizi elektrik vurmur.

Plastik, sap, kağız, taxta, saf su, şəkərli su, şüşə kimi maddələr dielektrikdirlər.

Dielektrik maddələr elektrik sənayəsində izolyator kimi istifadə olunur.

Dielektriklər. İzolyatorlar

Keçirici maddələrin bir – birinə, digər keçiricilərə, başqa maddələrə və ya insana təmas etməməsi izolyatorların əsas işidir.

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

“Keçirici və dielektrik” mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva

5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x