Ana səhifə » Bunları bilirdiniz mi? » FET və MOSFET nədir?

FET və MOSFET nədir?

FET ingilis dilində Field Effect Transistor sözlərinin baş hərflərinin qısaldılışıdı. Mənası Sahə Effektli Tranzistorlardır. Bizim dildə baş hərflərinə görə qısa şəkildə SET yaza bilərik.

FET bir tranzistor növüdür. Sahə effektli tranzistorlar (FET) adından da göründüyü kimi unipolyar tranzitorlardır.

Sahə effektli tranzistor elektrik sahəsindən istifadə edib yarımkeçiricidə cərəyan axınına nəzarət edir. Bu tranzistorların üç terminalı var:

  • Gate (qapı)
  • Source (mənbə)
  • Drain (mənsəb)
Şəkil 1

“FET” Gate terminalına gərginlik tətbiq etməklə cərəyan axınına nəzarət edir. Bu da öz növbəsində Source və Drain arasındakı keçiriciliyi dəyişdirir.

Sahə effektli tranzistorların (FET) müxtəlif növləri mövcuddur. Onlardan biri də MOSFET-lərdi.

MOSFET ingilis dilində Metal-Oxide Semiconductor Field Effect Transistor sözlərinin baş hərflərinin qısaldılışıdı. Onlar ən çox istifadə olunan sahə effektli tranzistorlardır.

MOSFET cərəyan axışını idarə etməkdə olduqca faydalıdır. Başlanğıc vəziyyətdə source və drain arasında bir cərəyan axır. Nəzarət elektrodu yəni gate vəziyyəti idarə edir. Və Gate terminalına tətbiq olunan gərginlik yoxdursa, ondan cərəyan axa bilməz.

MOSFET komputerlərdə, elektro- və kommunikasiyatexnikasında geniş istifadə olunur (məsələn, smartfonlar).

MOSFET-in sxemlərdə şərti işarəsi aşağıdakı kimidir:

Şəkil 2. MOSFET nədir?

MOSFET-də cərəyanın mənfi və ya müsbət gərginliklə axması N-kanal və ya P-kanal MOSFET kimi dizayndan asılıdır (şəkil 1).

0 0 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x