Ana səhifə » Elektronika dərsləri » Faza (L), Null (N) və Torpaq (PE) haqqında

Faza (L), Null (N) və Torpaq (PE) haqqında

Bu dərsin təkcə elektronikayla məşğul olanlara deyil, hər kəsə maraqlı ola biləcəyini düşünürəm. Çoxumuz evlərimizdə sönən elektrikimizi yandırmağa çalışan valdeynlərin dilindən nul və faza sözlərini eşidərək böyümüşük. Onu da qeyd edim ki, elektrik və elektronika bilgisi olmadan bu cür işə qalxışmaq həyati təhlükədir.

Bu dərsdə null və faza nədir, nə üçün elektronikada öyrənilməsi zəruri mövzudur, ondan danışacağıq.

ELEKTRIK SISTEMI KIMI BAĞ LAMPASI

Parkda və ya bağda ayağınızı yerə basar basmaz işıq yanır. Bu lampanın yanması üçün hansı dövrənin qurulduğundan keçən dərsdə bəhs etdik.

Dərsi açıb oxumağı tənbəllik edənlər üçün qısaca bir daha yazım 🙂

Bağ və ya park lampası bir elektrik sistemidir. Lampanın yanması üçün sadə bir dövrə qurulmalıdır. Yəni cərəyan mənbəyi, gedən və qayıdan birləşdirici naqil və açar olmalıdır.

Şəkil 1

İş sənədlərində dövrə planı şəkil 1-dəki kimi göstərilmir. Bu gördüyünüz sadə, bəsit dövrə aşağıdakı şəkildə olduğu kimi göstərilir:

Şəkil 2

Elektronikada istənilən dövrə diaqramını oxuya bilmək işin ən vacib hissəsidir. Bu mövzunun öyrənilməsi elektronikanın istənilən sahəsi üçün zəruridir. Cərəyanın necə yarandığı və işlədicilərin necə işlədiyi bilinməsi lazım olan əsas mövzudu. Ona görə ən sadə dövrə sxemimizi analiz etməkdən başlayaq.

Dedik ki, lampanın yanması üçün dövrədə cərəyan mənbəyi, gedən və qayıdan birləşdirici naqil və açar olmalıdır. Gedən və qayıdan birləşdirici naqil, el dilində kabel minimum üç teldən ibarətdir:

  1. Aktiv keçirici
  2. Neytral tel
  3. Qoruyucu tel

Şəkildən gördüyünüz kimi lampanın yanması üçün lampaya üç tel birləşdirilir.

  • L1 – aktiv keçirici 1 – qəhvəyi rəngdə olan tel. El dilində desək „Faza“.
  • N – neytral tel – açıq mavi rəngdə olan tel. El dilində desək „Null“.
  • PE – Qoruyucu torpaq (Protection Earth) – yaşıl-sarı rəngdə olan tel. El dilində „Torpaq“.

Bu kabelləri evinizdə böyük ehtimalla görmüsüz. L1 (qəhvəyi rəngdə olan tel) şalterdən lampaya doğru uzanır. Bununla lampa yandırılıb söndürülə bilir. N (mavi rəngdə olan tel) və PE ( yaşıl-sarı rəngdə olan tel) birbaşa lampaya birləşdirilir. Şalteri hərəkət etdirdiyinizdə qapalı elektrik dövrəsi yaranır və lampa yanır.

Keçən dərsdən də bildiyimiz kimi elektrik cərəyanı ancaq qapalı dövrədən axır. Dövrə siz şalteri sıxdığınızda dövrə qapanır. Nəticədə lampa yanır. Beləcə evlərinizdəki işığı yandırıb söndürürsünüz. Dövrəni açıb qapayırsınız.

Şəkil 2-dən gördüyünüz kimi şalterə N teli birləşdirilmir. Bunun səbəbi şalter sönülü vəziyyətdə olduğunda sizi elektrik vurmamasına qarşı tədbirdir. Lampanın N telindən gələn gərginlik həyatınız üçün təhlükəli ola bilər.

Bəs bu komponentlər elektrik dövrəsində hansı sırayla yerləşdirilməlidir?

Şəkildə şalter lampanın arxa hissəsində yerləşdirilib.  Güc generatoru, şalter və lampa öz aralarında bir – birlərinə bağlanıb.

Fərdi komponentlərin ardıcıllığı dövrənin funksiyasına heç bir təsir göstərmir. Onları istədiyiniz ardıcılllıqla bir – birinə bağlaya bilərsiniz.

Qeyd: Neytral və qoruyucu torpaq tel haqqında generatorlar haqqındakı yazımda geniş məlumat verəcəm.

Unutmayın!!! Neytral teldən cərəyan axır. Həm də faza dediyimiz teldən axdığı qədər. Adına el dilində „nul“ deyilməsi həmin teldən cərəyan axmadığı təəssüratını yaradır. Ama bu doğru deyil.

Elektrik dövrəsində gərginliyin ölçülməsi

Bu haqda ölçmə texnologiyasında geniş danışacağıq. Ancaq qısaca qeyd edim ki, sistemdəki gərginliyi ölçmək üçün ilk öncə müəyyən güvənlik tədbirləri görülməlidirB

Bizim misalımızda sadə lampa dövrəsindəki gərginliyi iki qütblü gərginlik ölçən cihazla ölçürlər. Ən çox istifadə olunan marka Duspol-du. Ona görə bu cihaza çox vaxt Duspol deyilir.

Duspol

Duspolun bir qütbünü bizim yuxarıdakı misalda lampanın N qütbünə (göy rəngdə olan), digər ucunu lampanın L telinə (qəhvəyi rəngdə olan) toxundurub gərginliyi ölçə bilərsiniz. Və ya evinizdəki rozetkanın hər iki gözünə duspolun ölçmə ucunu yaxınlaşdırıb L-in N-ə qarşı gərginliyini ölçə bilərsiniz.

Şəbəkədən gələn elektrik gərginliyi:

  1. L – N – 230V
  2. L – PE  -230V
  3. N – PE -0 V

olmalıdır. Səbəbini qeyd etdiyim kimi növbəti dərslərdə yazacam. Dərsimiz çox uyun olmasın.

Həmçinin gərginliyi və bir çox vacib ölçməni iş şəraitində ölçmək üçün aşağıdakı ProfiTest cihazından geniş istifadə olunur:

PROFITEST cihazı

Unutma 2  Heç bir halda multimetrlə şəbəkədən gələn gərginliyi ölçməyin. Bu həyatınız üçün təhlükəlidir. Multimetr adətən sistem və alətlər elektronikasında gərginliyi ölçmək üçün istifadə olunur. Və ya gərginlik olmadığı halda tellər arasında bağlantının olub olmadığını müəyyən etmək üçün.

Bu dərs bu qədər. Növbəti dərslərdən xəbərdar olmaq üçün səhifəyə abunə ola bilərsiniz.

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

“Faza (L), Null (N) və Torpaq (PE)” mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x