Sıfırdan Elektronika Dərsləri
Dərslərə Başla!
Bu proyekt elektronika sahəsinə yeni başlayan, hobbi məqsədilə dövrə yığmaq istəyənlər üçündür. Nəzəri bilgilərin əksikliyini irəliləyən zamanlarda hiss etməməyiniz üçün işin əsas nəzəri hissəsi praktik hissəsindən öncə dərs formatında sizlərə təqdim olunacaq.

Dərs 1
DƏRSİ ƏHATƏ EDƏN MÖVZULAR: Atomlar. Atomların quruluşu. Elektron, Proton və Neytron. Müsbət və mənfi ionlar. Gümüş atomu və müsbət və mənfi gümüş ionları. Atomun kütləsi və həcmi. Elektrik yükü

Dərs 2
DƏRSİ ƏHATƏ EDƏN MÖVZULAR: Elektrikin növləri. Statik elektrik nədir? Elektrik yükünün cəzb və itələmə xassələri. İnsan bədənində elektrik yükü. Dinamik elektrik. Kulon (Coulomb) qanunu və riyazi ifadəsi

Dərs 3
DƏRSİ ƏHATƏ EDƏN MÖVZULAR: Valent elektronları nədir? Atomların başqa atomlarla əlaqəsində valent elektronlarının rolu. Atomdakı valent elektronlarının sayının tapılması və buna aid nümunələr

Dərs 4
DƏRSİ ƏHATƏ EDƏN MÖVZULAR: Keçirici material haqqında. Dielektrik material haqqında. İzolyatorlar

Dərs 5
DƏRSİ ƏHATƏ EDƏN MÖVZULAR: Elektrik gərginliyi, işarəsi, vahidi, düsturu. Elektrik cərəyanı, işarəsi, vahidi, düsturu. Elektrik müqaviməti, işarəsi, vahidi, düsturu. Su çəni və su borusu bənzətməsi

Dərs 6
DƏRSİ ƏHATƏ EDƏN MÖVZULAR: Xüsusi elektrik müqaviməti və praktik təsirləri. Müqavimət və xüsusi müqavimətin fərqi. Bəzi maddələr üçün xüsusi müqavimət cədvəli. Elektrik keçiriciliyi, düsturu, vahidi və işarəsi.
FAQ
Elektronika sahəsi üzrə təhsil almamışam. Hobby olaraq bu sahə ilə məşğul olmaq istəyirəm. Bu dərsləri izləyərək uğur əldə edə biləcəm?
Bəli. Dərslər mümkün qədər sadə dildə tərtib olunublar. Əgər işin nəzəri hissəsi çətin gəlirsə, pratik hissəsinə fokuslanıb hobby olaraq maraqlı əşyalar hazırlaya bilərsiniz. Bunun üçün “Cihazlar” kateqoriyasında daxil olub sizə başlanğıcda lazım olan cihazlar, onların funksiyaları haqqında məlumat əldə edə bilərsiniz.
Elektrik və Elektronika mühəndisliyi ixtisasını oxuyuram. Elektronika komponentlərinin nə işə yaradığını tam olaraq anlamıram. Onlar haqqında web saytınızda məlumat var?
Elektronika dərsləri bir neçə kateqoriya altında paylaşılacaq. Yuxarıda “Digər dərslər” düyməsi ilə kateqoriyalar bölməsinə daxil olub “Elektronika komponentləri” kateqoriyasında bu haqda olan dərslərlə tanış ola bilərsiniz. Əgər seçdiyiniz kateqoriya və ya mövzu göy rəngdədirsə, o bölməyə aid dərslər artıq yüklənib deməkdir. Qara rəngdədirsə, dərslər qısa zamanda yüklənəcək. Səhifənin aşağısında “Abunə ol” hissəsindəki formu dolduraraq yeni dərslərdən xəbərdar ola bilərsiniz. Bildiriş sizə email vasitəsilə gələcək.
Dərsləri izləmək üçün elektronika sahəsi üzrə təhsil şərtdir?
Xeyr. Dərslərə elektronika ilə maraqlanan istənilən şagird, tələbə və ya məzun qatıla bilər.