Ana səhifə » Elektronika dərsləri » Dövrə simvolları

Dövrə simvolları

Quraşdırma texnologiyası nədir? Nə üçün elektronikada öyrənilir­? Dövrə simvolu nədir? -sualların cavabını bu dərsdə sizlər üçün cavablandırdım. Dərs haqqında rəy bildirməyi və dərsi bəyəndinizsə, sosial mediada paylaşmağı unutmayın! ))

Quraşdırma texnologiyası evlərimizə, iş yerlərimizə elektrikin necə çəkilməsindən bəhs edir. Qısacası bu bölmə daha çox bina texnologiyası üçün lazımdır. Bəs nə üçün „Sıfırdan Elektronika Dərslərində“ bu mövzuya yer veririk?

Elektronikanın təməlində elektrik sahəsi yatır. Elektrik sahəsinə nə qədər hakimsinizsə, elektronikanı bir o qədər yaxşı qavrayacaqsınız. Almaniyada bu bölmə elektronikanın istənilən sahəsində tədris olunur.

Bu bölmə sizə diaqram, sxem oxumağı öyrədəcək. Eləcə də elektrikin sistemdə necə dövr etdiyini anlayacaqsınız.

Quraşdırma texnologiyasında dövrə simvolları

Dövrə diaqramları və simvolları elektrik sistemlərində elektronika elementlərinin funksiyasını və onların bir-bir ilə əlaqəsini gösterir. Elektronika elementlərini təsvir etmək üçün dövrə simvollarından istifadə olunur.

Nümunə üçün aşağıdakı şəkildə rozetkanın dövrə diaqramlarında şərti işarəsi göstərilib.

Şəkil 1.

Elektrik ve elektronika elementleri dövrə diaqramlarında hərf-rəqəm şəklində göstərilir. Yəni, hərflər və rəqəmlər vasitəsilə elektronika elementləri adlandırılır.

Məsələn, rozetkanı elektrik dövrəsində X hərfi ilə adlandırırlar. Hərflər elementin məqsədi haqqında məlumat verir.

Şəkil 2. Lampa, şalter və rozetkadan ibarət sistem

Maqnit işəsalıcı üçün dövrədə Q, Rele üçün K, lampa üçün E hərflərindən və s. istifadə olunur.

Rəqəmlər isə eyni kateqoriyaya aid elektronika və ya elektrik elementini fərqləndirir. Məsələn, işlədiyimiz sistemdə iki Rele varsa, bunun birincisi K1, digəri isə K2 olaraq adlandırılır.

Iki cür dövrə diaqramı var:

  1. Birqütblü
  2. Çoxqütblü

Aşağıdakı şəkildə gördüyünüz dövrə diaqramı birqütblüdür.

Şəkil 3. Birqütblü dövrə diaqramı

Birqütblü diaqram təsvirində bütün teller bir xətlə göstərilir. Bu diaqram elementlərin necə yerləşəcəyini göstərir. Ancaq dövrənin funksiyası haqqında məlumat vermir.

Naqillərin təkqütblü təsviri bizə aşağıdakı məlumatları verir:

  1. Naqilin materialı
  2. Naqilin en kəsiyi
  3. Elektrik dövrəsinin növü
  4. Naqilin çəkilmə şərtlərini- naqil quru yoxsa nəmli otaqda çəkilməlidir

Çoxqütblü dövrə diaqramının təsvirində isə bütün xətlər tək–tək çəkilir (Şəkil 2). Bu diaqram növü elementlərin funksiyası haqqında məlumat verir. Yəni elementin aktiv xətlə və ya torpaqla birləşdiyini, harada yerləşdiyini və ya bir-birlərilə əlaqəsini aydın görə bilirsiniz.

Sxemlərdə N və PE xəttinin şərti işarəsi (Şəkil 2-ə də baxa bilərsiniz) aşağıdakı kimi göstərilir:

N xətti
PE xətti

Bu haqda daha geniş oxumaq üçün „Faza, Null və Torpaq“ dərsinə baxın.

Digər dövrə simvolları elektronika cədvəl kitablarının arxa hissəsində və ya internetdə var. Tapa bilməyənlər rəy bölməsinə yazsın, email vasitəsilə pdf şəklində göndərə bilərəm.

Növbəti dərsimizdə quraşdırma texnologiyasının növlərindən danışacağıq. Yeni dərslərdən xəbərdar olmaq üçün aşağıda Abunə Ol! bölməsinə email adresini yazmağınız kifayətdir.

0 0 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x